“Erməni separatçılarını müşayiət edən Rusiya hərbi kontingenti Kreml sahibinin əmrini yerinə yetiririlər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ermənistan Baş naziri Nikol Paşinyan yenə Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Kremldən verilən açıqlamada telefon danışığının Paşinyanın təşəbbüsüylə gerçəkləşdiyi bildirilib. Paşinyanın narahatlığı bölgədə gərginliyin artmasıyla bağlıdır. Paşinyan Azərbaycan ordusunun Qarabağda anti-terror əməliyyatına başlaya biləcəyindən narahatdır. Onun Putinə zəngi xəbərçilik anlamı daşıyır. Halbuki Putinə bölgədəki vəziyyət barədə hər gün kəşfiyyat məlumatları çatdırılır və onun Paşinyanın məlumatlarına ehtiyacı yoxdur.
Qarabağ separatçıları əvvəlki kimi Rusiya hərbi kontingentinin müşayiəti ilə bir məntəqədən o birisinə silah daşımaqda davam edir. Bu təxribatın sadə səbəbi var. Separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa, hərbi texnikaları havadan vurulacaq. Erməni separatçılarını müşahyiət edən Rusiya hərbi kontingenti Kreml sahibinin əmrini yerinə yetiririlər”, - ekspert bildirib.