14 İyul 2023 15:41
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov Türkiyədə səfərdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Xalid Əhədov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb. Tərəflər müdafiə sahəsindəki ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Yaşar Gülər qeyd edib ki, Türkiyə müdafiə sahəsindəki təcrübəsini bundan sonra da Azərbaycanla bölüşməyə davam edəcək: “Bütün enerjimizi əlaqələrimizi gücləndirməyə sərf edirik. Bundan sonra azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Hər zaman Can Azərbaycanın yanındayıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər