“Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib.
Paşinyan vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin layihəsi ilə bağlı hələ razılıq əldə edilməyib: “Müqavilə layihəsi üzərində işlər davam edir. Bununla belə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmaq üçün hazır deyil”.