31 Avqust 2023 15:50
9 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan Moskvanın diplomatik əlaqələr saxladığı yüzdən artıq dövlətdən sadəcə biridir".

Teleqraf.com xəbər verir ki, bunu politoloq İqor Korotçenko deyib.

Ekspert Ermənistanın Rusiyaya qarşı ölümcül səhvlərə yol verdiyini söyləyib:

“Ermənistan XİN-in rəsmi nümayəndəsi Rusiya haqqında məzmun və məna baxımından tamamilə boş fikirlər səsləndirib. İrəvanı qıcıqlandıran budur ki, Kreml Ermənistan üçün Rusiyanın milli maraqlarına zərər vurmaq bahasına şabalıdı oddan çıxarmaq fikrində deyil. Bu, Nikol Paşinyan və komandasının ölümcül səhvidir, Rusiyaya diş qıcamaqdır. Heç bir Fransa, ABŞ, Avropa Birliyi, Hindistan və İran Ermənistanın problemlərini həll etməyəcək, onlar yalnız bundan istifadə edəcəklər.

Paşinyan siyasi vakuumda deyil, arxasında erməni seçicilərin real əksəriyyəti dayanır. Bu o deməkdir ki, Rusiyaya qarşı iddialar Ermənistan Respublikası vətəndaşlarının əksəriyyəti tərəfindən irəli sürülüb.

Bu durumda onlarla necə davranmalıyıq? Sakitcə. Biz “tarixi dostluq” və “xristian qardaşlığı həmrəyliyi”nin dəyərini bilirik. Ona görə də normal olan budur ki, indi Rusiya ilə Ermənistan arasında münasibətlər sağlam praqmatizm üzərində qurulsun. Yəni Rusiya Federasiyasının tarixən kiməsə və nəyəsə borclu olması illüziyaları olmadan”.

Korotçenko qeyd edib ki, Ermənistan Moskvanın diplomatik əlaqələr saxladığı yüzdən artıq dövlətdən sadəcə biridir. Onun sözlərinə görə, Kreml Cənubi Qafqaz regionunda baş verən hadisələrə “erməni eynəyi” ilə baxmayacaq.

“Ermənistan suveren dövlətdir, öz milli maraqları var. Amma Rusiyanın da eyni milli maraqları var və biz bunları yalançı ideologiyalar naminə qurban verməməliyik və verməyəcəyik”, - Korotçenko vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər