9 Sentyabr 2023 18:50
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Park İnn otelində Türk Hava Yollarının təşkilatçılığı ilə meksikalı məşhur aşpaz Luis Palmerosun master-klassı baş tutub.

Teleqraf.com xəbər verir ki, Luis Palmeros Bakıya ilk dəfə gəldiyini açıqlayıb:

"Mən Bakıya gəlib yaşamaq istərdim. Bakıda hər şeyə vurğun oldum. Şəhərin infrastrukturu, əhalisi çox xoşuma gəldi. Ölkəni bütünlüklə çox sevdim. Azərbaycan mətbəxindən dolmanı çox sevdim. Bakıya şübhəsiz ki, yenə gələcəm".

Belə ki, meksikalı aşpaz Bakıya səfəri zamanı ölkəsinin kulinariya mədəniyyətindən nümunələr təqdim edib. O, eyni zamanda Azərbaycan mətbəxi ilə tanış olub. Həmçinin hər iki mədəniyyətin elementlərindən yeməklərdə özünəməxsus şəkildə istifadə edərək sintez yaradıb.

Qeyd edək ki, tədbirdə Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero iştirak edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər