19 Sentyabr 2023 11:25
3 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam-Xankəndi və Laçın yollarının açılması müsbət qiymətləndirilməlidir. Əks tərəf vəziyyəti gərginləşdirir, nəyəsə ümid edirdi, amma geri çəkildilər. Yolların açılması bu prosesi daha da tezləşdirə bilər. Qarşı tərəf hər zaman oyun qaydalarını dəyişə bilər. O an üçün həmişə hazır olmalıyıq və gözləməliyik.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, müqavilədən asılı olmayaraq toqquşmalar yenidən başlaya bilər:

"Anlamalıyıq ki, biz həmişə o zonada təhlükə ilə üzləşə bilərik. Risk həmişə var".

Ekspertin fikrincə, təxribatlar birmənalı şəkildə rəsmi İrəvanın hansısa danışıqlara getməməsinə hesablanıb: "Təxribat sülh danışıqlarını pozmaq məqsədi güdürdü. Bəzən müəyyən etmək olmur ki, bu təxribatı İrəvan özü törədir, yoxsa ona müxalif qüvvələr. Təəssüf ki, təxribatlar bu gün də davam edir. Biz hazırlıqlı olmalıyıq".


Müəllif: Əsəd Məmmədəliyev