22 Sentyabr 2023 13:52
11 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin “Elbit Systems Ltd” şirkəti adı açıqlanmayan bir Avropa ölkəsinə “SkyStriker” sursatlarının tədarükü üçün 95 milyon dollarlıq müqavilə imzalandığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti məlumat yayıb.

Müqavilə iki il ərzində təhvil veriləcək bir neçə yüz “SkyStriker” qurğusuna aiddir.

“SkyStriker” 10 kq-a qədər döyüş başlığı ilə operator tərəfindən təyin edilmiş hədəfləri aşkarlayan və vura bilən, eləcə də tapşırığı yüksək dəqiqliklə yerinə yetirməyə imkan verən tam avtonom sursatdır.

“SkyStriker” həm yerdən, həm də havadan, o cümlədən “Elbit Systems”in PULS reaktiv artilleriyasından buraxıla bilər.

Səssiz elektrik mühərriki ilə təchiz edilmiş “SkyStriker” 2 saata qədər və 100 km məsafədə gizli əməliyyatlar aparmağa imkan verir. Sistem hətta GPS və rabitənin qadağan olunduğu ərazilərdə belə hədəfləri dəqiq vura bilir.

Dron bir sıra döyüş başlıqlarından istifadə edə bilir ki, bu da əməliyyatın tələblərinə uyğun olaraq uçuşdan əvvəl onu sahədə dəyişdirməyə imkan verir.

Nəşr yazır ki, dağıdıcı təsirə malik “SkyStriker” Azərbaycan ordusunun 2020-ci il İkinci Qarabağ Müharibəsində istifadə etdiyi, onun müharibədə qələbə qazanmasına və Ermənistan qüvvələrinin bölgədən çıxarılmasına səbəb olan pilotsuz təyyarələrdən biri olub. Məqalədə vurğulanır ki, dronların müharibədə həlledici rol oynadığı güman olunur, çünki yalnız Azərbaycan bu dronlarla təchiz edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər