26 Sentyabr 2023 16:49
2 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz indi “Laçın dəhlizi”nin yaxınlığındayıq. Bu “dəhliz” Ermənistanı Qarabağla birləşdirən həyati yoldur”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer deyib.

USAID rəhbəri Zəngəzurda jurnalistlərə açıqlamasında Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirib.

“Humanitar təşkilatların Qarabağa çıxışı tamamilə zəruridir. Prezident Baydenin tapşırığı ilə mən bura Ermənistan hakimiyyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə söhbət etmək üçün gəlmişəm. Bizim mülki şəxslərlə də danışmağımız vacibdir”, - Pauer bildirib.

USAID rəhbəri ABŞ hökumətinin Qarabağdan Ermənistana gələnlər üçün 11.5 milyon dollar ayırdığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər