“HƏMAS da, İsrail də Azərbaycanı dəstəkləyir”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
“Jurnalistlər tez-tez məndən soruşurlar ki, Ermənistan Fələstin-İsrail münaqişəsində kimə dəstək verməlidir? Cavabım sadədir: heç kimi.
İsrail Azərbaycana əsas silah tədarükçüsüdür, Azərbaycanın xüsusi təyinatlılarının hazırlanmasında iştirak edib və sair. Əlaqələr strateji səviyyədədir.
HƏMAS 2020-ci il noyabrın 10-da belə bir açıqlama vermişdi: “Azərbaycanı qələbə və torpaqlarının geri qaytarılması münasibətilə təbrik edirik. Bu, işğalın bütün formalarına qarşı mübarizənin təbii nəticəsidir”.
Türkiyənin HƏMAS-a təsirini nəzərə alsaq, ona da rəğbət bəsləməyə dəyməz. Bəli, HƏMAS bütün Fələstin deyil, amma heç kim Ermənistanla həmrəylik ifadə etməyib”, - ekspert bildirib.