17 Oktyabr 2023 15:44
7 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sizi burada qəbul etməyimiz sübut edir ki, biz Ermənistana, siz də Avropa ailəsinə sadiqsiniz”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metzola Strasburqda Ermənistan Baş naziri Nikol Paşinyanla mətbuat konfransı zamanı deyib.

“Avropa qonşuluğu indi həmişəkindən daha qeyri-sabit və etibarsızdır. Sizi əmin etmək istəyirəm ki, Ermənistan Avropa Birliyinin Şərq qonşuluğu çərçivəsində bizim üçün ən yaxşı tərəfdaşdır. Biz Ermənistanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qeyd-şərtsiz dəstəyimizi bildiririk”, - AP rəhbəri bildirib.

Metzola çıxışında AŞPA-nın Azərbaycana qarşı bədnam qətanməsini xatırladıb, eyni zamanda, ölkəmizin ünvanına “dağlıq qarabağa hücum” kimi təxribatçı ifadəyə yer verib. Ermənistana açıq dəstəklərini ifadə edən AP sədri "Avropa Birliyinin vasitəçiliyi ilə ədalətli sülh danışıqları"ndan bəhs edib və bunun zamanının yetişdiyini söyləyib.

Ermənistan baş nazirinə gəlincə, o da həmsöhbətindən geri qalmayıb. Ermənistanın bir sıra çətinliklərin öhdəsindən gəlməkdə AB-nin ciddi dəstəyini gözlədiklərini deyib. Eyni zamanda, Paşinyan çıxışının davamında “100 mindən çox erməninin Qarabağdan məcburi köçürülməsi” təxribatına baş vurub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər