“Rusiya ilə gərginlik Ermənistanı qurban olmaq riskini artırır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.
“Rusiya ilə münasibətlərin gərginləşməsi getdikcə daha təhlükəli xarakter alır. Ən ağrılısı odur ki, bu durum normal qəbul edilməyə başlayır. Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi artır”, - ekspert bildirib.
Ovannisyan Qərbin regiondakı maraqları naminə Ermənistanı qurban verməyə çalışdığını söyləyib. Politoloq bu durumu İsrail-HƏMAS savaşı ilə müqayisə edir və vurğulayır ki, Qərb Yaxın Şərqdə ərəbləri (Fələstin), Cənubi Qafqazda da erməniləri öz maraqlarına qurban verir. Ovannisyan buna misal olaraq Ukraynanın da adını çəkib.
“Ermənistanı qurbanlar siyahısından çıxarmalıyıq. Rusiya ilə münasibətlərin anormal gərginliyi həmin riski artırır. Bu gərginlik dövlətimiz üçün çox təhlükəlidir”, - politoloq əlavə edib.
Ovannisyan öz ölkəsini aşağılayaraq, Ermənistanı “aciz dovşan” adlandırıb:
“Son günlərdə Moskva, Vaşinqton, Brüssel, Ankara, Bakı və İrəvandan verilən açıqlamalar sübut edir ki, biz güclülərin toqquşmasının mərkəzində aciz dovşan kimi qalmışıq”.