Əgər Azərbaycanla sülh prinsipləri razılaşdırılıbsa, problem nədir, niyə sülh müqaviləsini imzalamırıq? Səbəb tərəflər arasındakı inamsızlıqdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, yaxın gələcəkdə aydınlaşdırılmalı olan daha bir neçə əsas məsələ var, bunlardan biri də sülh sazişinin məzmunu ilə bağlı mümkün yanlış şərhlərin aradan qaldırılması mexanizminin formalaşdırılmasıdır:
“Təəssüf ki, hər bir cümlənin bəzən müxtəlif yollarla şərh oluna biləcəyi reallıq var, ona görə də fərqli şərhlər olduqda bunun öhdəsindən necə gələcəyimizlə bağlı çox aydın mexanizmimiz olmalıdır. Digəri, sülh müqaviləsi imzalandıqdan sonra eskalasiyanın mümkün olmaması üçün təhlükəsizlik təminatlarının yaradılmasıdır”.
O qeyd edib ki, Ermənistan hökuməti və şəxsən özü bu problemlərin aradan qaldırılması istiqamətində diplomatik-siyasi işi aktivləşdirmək niyyətindədir və gedişat barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verəcək.
“Ümid edirəm ki, 2024 davamlı sülhün ilk ili olacaq”, - Paşinyan əlavə edib.