Rəsmi İrəvan Rusiyada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün keçirilməsi təklifinə baxır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bildirib.
“Müxtəlif təkliflər, müzakirələr var, amma hələlik konkret razılaşmalar yoxdur, çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Heç bir problem yoxdur, texniki razılaşma var. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir. İşlər aparılır”, - səfir deyib.
Azərbaycan bundan əvvəl ABŞ-ın qərəzli mövqeyinə görə noyabrın 20-də Vaşinqtonda nəzərdə tutulmuş görüşdən imtina edib.