24 Noyabr 2023 00:09
2 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan uzaqlaşan Ermənistan Azərbaycanla sülh müqaviləsini Qərbin vasitəçiliyi ilə imzalamaq istəyir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“Ermənistan Moskvanın yenidən İrəvanla Bakı arasında vasitəçi olmasının qarşısını almaq üçün Rusiyanın iştirak etdiyi bütün platformaların tədbirlərini boykot edir. Bu addımların mahiyyətini hakim partiyanın deputatı Armen Xaçaturyan açıqlayıb. O, Azərbaycanla Ermənistan arasında sülh sazişinin Qərbdə imzalanacağını söyləyib.

Azərbaycan və digər regional oyunçuların mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqazda bütün proseslər üçüncü tərəfin iştirakı olmadan regional qüvvələr tərəfindən tənzimlənməlidir. Bununla yanaşı, Qərb Azərbaycanın üzərinə əlavə öhdəliklər qoymaq istəmir. Əvəzində Qərbdən yeni - İrəvanla Bakı arasında birbaşa, vasitəçisiz danışıqlar təklifi verilib. Bu, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller və Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatlarında da yer alır”, - ekspert bildirib.

Matevosyan Ermənistan prezidentinin keçmiş köməkçisi Jirayr Liparityanın məsələ ilə əlaqədar açıqlamasına da diqqət çəkib:

“Jirayr Liparityan da bu ilin əvvəlində demişdi ki, Bakı və Ankara ilə vasitəçisiz, etimad əsasında razılığa gəlinməlidir”.

Politoloq Baş nazir Nikol Paşinyanın da bunda maraqlı olduğunu iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər