“Yaxın 15 gün ərzində Azərbaycan-Ermənistan sülh sazişini imzalamaq mümkündür”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Demək olar ki, bütün fundamental məsələlərdə razılığa gəlmişik. Əlavə təfərrüat vermək, bununla da prosesə xələl gətirmək istəmirəm, sülh sazişi beynəlxalq prinsiplərə əsaslanır”, - spiker bildirib.