30 Noyabr 2023 15:39
1 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirlərinin Forumu çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Fransanın Avropa məsələləri üzrə dövlət naziri Loren Bonla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi dialoq gündəliyi və əsas istiqamətlər üzrə praktiki əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Həmsöhbətlər regional təhlükəsizlik və sabitlik məsələləri, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində atılan addımlara da istinad edilib.

Mirzoyan vurğulayıb ki, Ermənistan imkanlarından istifadə edərək prosesi irəli aparmaq üçün keçən həftə ikitərəfli saziş layihəsinin tövsiyələr paketini (sülh müqaviləsi ilə bağlı) Azərbaycana təqdim edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər