20 Yanvar 2015 13:15
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tələbə Şəbəkəsi (ASN) Romada keçirdiyi ilk tədbirini 20 Yanvar faciəsinə həsr edib.

Tədbirin əsas məqsədi Qanlı Yanvar hadisələrinin mahiyyətini Avropaya hazırkı nəslin daha tez və asan anlayacağı şəkildə çatdırmaq olub.

Romanın mərkəzi küçələrindən birində keçirilən tədbirdə nümayiş etdirilən fləşmob həm xarici turistlərin, həm də yerli sakinlərin böyük marağına səbəb olub. Hər bir romalı üçün mədəniyyətin və incəsənətin əhəmiyyəti nəzərə alınaraq fləşmob zamanı küçə incəsənətinə geniş yer verilib: 20 Yanvar hadisələri avropalıların diqqətinə “İphone Weather Forecast” proqramının üz qabığına edilmiş improvizasiyalarla çatdırılıb. Belə ki, yerdə yan-yana çəkilən iki rəsmin birində qanlı 20 Yanvar günü, gecə saatlarında azərbaycanlılara qarşı törədilən vəhşilik, havanın tutqun və buludlu, digər rəsmdə isə rahat və müstəqil yaşamağımız, hazırda havanın günəşli və parlaq olması əks etdirilib. İki rəsm arasındakı kəskin fərq 25 ildə yaşananların qısa icmalı xarakteri daşıyırdı.

Tədbirdə, həmçinin 20 Yanvar faciəsi ilə maraqlanan yerli sakinlərə və xarici turistlərə broşürlər paylanılıb, qətliamla bağlı ətraflı məlumat verilib.

AzərTAc


Müəllif:

Oxşar xəbərlər