Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.
Onun sözlərinə görə, qaldırılan və razılıq əldə olunan bütün fundamental məsələlər bəyənilsə və sülh sazişində öz yerini taparsa, o zaman imzalanma faktiki olaraq sadəcə texniki məsələyə çevriləcək.
“Bakının sonuncu dəfə İrəvana göndərdiyi sülh sazişi ilə bağlı təkliflər qaneedici olsa, ilin sonunda imzalanacağı istisna edilmir”, - Xandanyan bildirib.
Onun fikrincə, hər şey bu və ya digər vəziyyətin gedişata necə təsir edəcəyindən asılıdır.
“Gözləmək lazımdır”, - deputat əlavə edib.