29 Dekabr 2023 17:00
1 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəndlər məsələsi sərhədin delimitasiya və demarkasiyası prosesi çərçivəsində həll edilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan 8 kəndin Azərbaycana qaytarılması məsələsi ilə bağlı danışarkən deyib.

“Bu haqda dəfələrlə danışmışıq: bu, ya paralel, ya da sonrakı prosesdir. Azərbaycanın müəyyən etdiyi ərazilər var, bizim müəyyən etdiyimiz ərazilər var. Prosesi elə təşkil etmək olar ki, bu ərazilər müəyyən olunsun, bunun hüquqi əsasları götürülsün, sonra iki proses baş verə bilər: ya mübadilə, ya da digəri fiziki olaraq oranı tərk edərək müəyyən ərazi tənzimləmələri olsun. Suala demarkasiya və delimitasiya işçi qrupu çərçivəsində cavab verilə bilər”, - ölkə rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər