Yaponiyanın "Hokuriku" elektrik şirkəti zəlzələdən sonra bölgədə olan nüvə stansiyasında suyun səviyyəsinin normadan 3 metr yuxarı olduğunu qeydə alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.
Bundan başqa, stansiyanı xarici enerji ilə təmin edən konvertorların borularının zədələnməsi səbəbindən neft sızması qeydə alınıb. Zərərlərin aradan qaldırılması istiqamətində işlər görülür.