18 Yanvar 16:37
2 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan danışıqlar uğursuz alınsa, bu, bölgədə gərginliyi yenidən artıracaq.

Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

“Xüsusilə son on gündə Yaxın Şərqdə baş verənlər, Fələstin-İsrail münaqişəsinin müxtəlif istiqamətlərdə genişlənməyə başlamasını təhlükəli hesab edirəm. Qırmızı dəniz hövzəsi, Yəmən və Sudan istiqamətlərində, İran-Pakistan münasibətlərində baş verənlər təhlükəlidir.

Yaxın Şərqdəki gərginlik bizim bölgəyə də keçə bilər. Baş verənlər təhlükəli məqamlarla doludur. Ermənistan-Azərbaycan danışıqlar prosesindəki uğursuzluqdan danışırıqsa, o zaman onun tünd rəngləri ilə vəziyyət daha pis çalarlar alır”, - deputat bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər