20 Yanvar 14:15
2 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı Samvel Şahramanyan Ermənistanda fəaliyyətini davam etdirən qondarma qurumun “dövlət naziri”ni dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

Şahramanyanın qərarı ilə qondarma qurumun “keçmiş şəhərsalma naziri” Aram Sərkisyan “yeni dövlət naziri” təyin edilib. İndiyədək bu "post"u hazırda Azərbaycanda həbsdə olan terrorçu, separatçıların keçmiş başçısı Araik Arutyunyanın əmisi oğlu Artur Arutyunyan tutub.

Nəşr yazır ki, Artur Arutyunyan öz istəyi ilə separatçı komandadan uzaqaşıb. Bu qərarı ilə bağlı səbəb göstərilməyib.

Separatçı rejimin Azərbaycan ərazisindəki varlığına ötən il sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra son qoyulub. “Rejim”in başında dayanan Samvel Şahramanyan bundan sonra qondarma qurumun buraxılması ilə bağlı “fərman” imzalayıb. Beləliklə, separatçı ünsürlər ərazimizi tərk ediblər.

Həmin “qərar”da separatçıların Ermənistandakı fəaliyyətinin də yanvarın 1-dən dayandırılması nəzərdə tutulsa da, Şahramanyan ötən ilin sonlarında “fərman”ını geri götürüb. Amma özü bununla bağlı açıqlama verməyib, məlumatı onun “informasiya mərkəzi” yayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər