29 Yanvar 00:36
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərindəki “Santa Maria” kilsəsinə silahlı hücum edən hər iki şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında məlumat verib.

“Bu səhər Sarıyer “Santa Maria” Kilsəsində bazar günü ayini zamanı Tuncer Cihan adlı vətəndaşımızı öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Hadisəni törədənləri müəyyən edib yaxalayan qəhrəman polislərimizi təbrik edirəm. Həyatını itirən vətəndaşımızın ailəsinə və yaxınlarına bir daha başsağlığı verirəm”, - paylaşımda deyilir.

***

Türkiyə polisi İstanbul şəhərindəki “Santa Maria” kilsəsinə silahlı hücum edən iki nəfərdən birini saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər