30 Yanvar 14:21
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandan Azərbaycana verilən təkliflər sülh sazişinin imzalanmasını sürətləndirmək əvəzinə prosesin yubadılması mahiyyəti daşıyır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana mina xəritələrini niyə məhz indi təhvil verməyi lazım bilib? Paşinyan görür ki, rəsmi Bakı onun irəli sürdüyü mənasız təklifləri qəbul etmir. Çünki bu təkliflər sülh sazişinin imzalanmasını sürətləndirmək əvəzinə prosesin yubadılması mahiyyəti daşıyır. Paşinyanın Bakıya ünvanladığı “gəlin silahlara birgə nəzarət haqda saziş imzalayaq”, “gəlin hücum etməmək barədə pakt imzalayaq” kimi “təkifləri” də bundan xəbər verir. Ancaq Paşinyan onu da anlayır ki, sülh sazişinin imzalanması uzandıqca bölgədə nisbi sabitlik pozula bilər”, - ekspert bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan Ermənistan ordusunun indiki vəziyyətindən narahat olduğunu da gizlətmir:

“Ermənistan rəhbərinə ordunu yenidən qurmaq və silahlandırmaq üçün illər lazımdır. Paşinyan düşünür ki, hədəfinə çatana qədər Azərbaycanı yeni həmlələrdən çəkindirmək lazımdır. Mina xəritələrinin Azərbaycana təhvil verilməsi bölgədə nisbi sakitliyin ömrünü uzatmalıdır. Ancaq İrəvanın Bakıya təhvil verəcəyi mina xəritələri əvvəlki “xəritələr”dən fərqlənməsə, bunun nisbi sabitliyə heç bir faydası olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər