Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinə texniki yardım göstərib.
Teleqraf.com xəbər verir ki, 30 mart 2012-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinə texniki yardım çərçivəsində 5 ədəd “AÇ-40(130)63B” markalı yanğınsöndürən maşın verilib.
Əldə edilmiş razılığa uyğun olaraq, daha 5 ədəd yanğınsöndürən maşının göndərilməsi üçün hazırlıq işləri davam etdirilir.
İLHAMƏ