İran Ermənistanın güclənməsinin tərəfdarıdır.
Teleqraf.com xəbər verir ki, bunu İranın İrəvandakı səfiri Mehdi Sübhani Hindistan silahlarının Ermənistana daşınmasında İranın tranzit rolu ilə bağlı sualı cavablandırarkən deyib.
O qeyd edib ki, qüvvələr balansı regionun sülh və təhlükəsizliyinə töhfə verəcək.
“Ermənistana yardım göstərməyə hazırıq ki, bu da regionda sülh və sabitliyə töhfə verəcək”, - səfir vurğulayıb.
Sübhaninin açıqlaması Hindistan silahlarının İran üzərindən daşınmasının rəsmi etirafıdır.
İran həm işğal dövründə, həm də İkinci Qarabağ Müharibəsində Ermənistana hər cür dəstəyi verib. 44 günlük müharibədə Ermənistana silahlar məhz İran üzərindən daşınmışdı.