7 Fevral 16:52
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin sədri Alen Simonyan revanşist “Daşnaksütyun” Partiyasını (əslində terror təşkilatını) sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, spiker “daşnaklar”ın heç vaxt hakimiyyətə gələ bilməyəcəyini deyib.

Simonyan “Daşnaksütyun”un reputasiyasının məhv olduğunu bildirib:

“Son 30 ildə “Daşnaksütyun”un reytinqi ilə nə etmisiniz? Necə oldu ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdəki sıraları bu qədər genişdir, müharibədən (məğlubiyyətdən) sonra keçirilən seçkilərdə necə qalib gəldi? Necə oldu ki, “Daşnaksütyun” 1990-cı illərdən bəri əlində olanları xərcləyib bitirdi?”.

Simonyan Azərbaycan ərazisindəki keçmiş separatçı rejimin ləğvində də “daşnaklar”ı ittiham edib. Eləcə də 2008-ci il martın 1-də İrəvanda keçirilən dinc aksiyada mülki insanların gülləbaran edilməsində...

Onun sözlərinə görə, “Daşnaksütyun” bu cinayətini (1 mart hadisələri) etiraf etməyənə qədər siyasi meydanda uğur qazana bilməyəcək.

“Yeni seçkilər olsa, “Vətəndaş Müqaviləsi” az səs toplaya bilər, amma əminəm ki, “Daşnaksütyun” səs toplaya və parlamentə keçə bilməyəcək”, - spiker vurğulayıb.

Qeyd edək ki, 1 mart qırğınının əmri dönəmin prezidenti Robert Köçəryan tərəfindən verilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər