10 Fevral 09:28
7 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix dərsliklərimizdə bəzi nöqsanlar var, qeyri-peşəkar hazırlanır. Bu dərsliklərdə rast gəldiyimiz elə faktlar var ki, hansısa mənbəyə əsaslanmır.

Bu sözləri Teleqraf.com-a AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bəzi faktları araşdıranda görünür ki, keçmiş sovet dövründə yazılmış əsərlər və kitablardan götürülmüş fikirlərdir:

"Mübarizə aparmaq, ictimaiyyəti bu məsələdə məlumatlandırmaq istəyirik, ancaq heç kim diqqət yetirmir. Ermənistanda tarix dərsliyində coğrafi xəritələrdə bir neçə yerdə adlar səhv gedib. Bütün erməni ictimaiyyəti ayağa qalxıb. Siyasi partiyalar, hökumət nümayəndələri, tarixçilər, alimlər, ekspertlər etiraz edirlər ki, “tariximiz” niyə belə səhv yazılır. Bunun nəticəsi olaraq Ermənistanda tarix dərslərini ictimai müzakirəyə təqdim ediblər ki, biz erməni xalqının, erməni millətinin keçmişini gərək qaralamayaq. Buna görə də Ermənistan tarix dərsliyini dəyişib, yeni formada, tam əhatəli tarix dərsliyi yazmaq istəyirlər. Ermənistanda orta məktəblərdə, universitetlərdə bir tarix dərsliyi var. Amma Azərbaycanda fərqli-fərqli fikirlərlə 17 tarix dərsliyi var.

İki-üç gün bundan öncə bir forumda gördüm, xaricdə yaşayan erməni alimləri belə sosial mediada aktivlik edirlər ki, niyə görə gələcək erməni uşaqlarının ideoloji xətti olan “Böyük Ermənistan” məsələsi tarix dərsliyində kiçildilir. Problem budur. Onun bizim Qarabağ müharibəsi, qələbəmizlə bağlı heç bir əlaqəsi yoxdur. Onlar erməni tarixini daha ciddi formada təqdim etmək, yenidən yazmaq istəyirlər. Ermənistanın təzə dərsliklərində Azərbaycanla bağlı uyğunsuz fikirlər var. Yazırlar ki, azərbaycanlılar bura gəlmədirlər, Albaniya deyilən dövlətin Azərbaycana aidiyyəti yoxdur. “Böyük Tiqran"ın işləri daha çoxdur. Niyə Ermənistanın yeni dərsliyində bunlar keçirilir? Buna görə bütün ictimaiyyət ayağa qalxıb. Alimindən tutmuş, sıravi vətəndaşına qədər hər kəs tarix dərsliyində olan şovinizmi artırmaq istəyirlər. Daha böyük bir "gələcək" üçün böyük ideoloji xətt qurmağa çalışırlar".

Zaur Əliyev iki-üç gün öncə Ermənistanın qapalı saxlanan onlayn kitabxanasına gizli İP adresi ilə daxil olduğunu bildirib:

"Arsax" haqqında 25 minə qədər kitab var. Bunlar ədəbiyyat, tarix, "soyqırımı" və sair kitablardır. Amma bizim hansısa tarix dərsliyimizdə olan Azərbaycanın Zəngəzur, İrəvan, Qarabağla bölgələri ilə bağlı səhvi ortaya qoyduqda bizdə reaksiya verirlər?.. Ermənistanın təhsil naziri açıqlama verib ki, bu dərsliyi yazan müəllif erməni ideologiyasına xəyanət edib. Bunu təhsil naziri deyir, halbuki özü təsdiq edib. Biz də müraciət edirik ki, dərsliklərimizdə səhvlər var. Dərslikdə Armeniya adını yazırlar, onu izah edə bilmirlər ki, bu Armeniya nə deməkdir. Bu sözü əsaslandıra bilmirlər. Ermənilər də kitabı götürüb beynəlxalq konfranslarda qabağımıza qoyurlar ki, dərsliklərinizdə Armeniya sözü var".

Zaur Əliyev vurğulayıb ki, Gürcüstan, İran, Osmanlı arxivlərində XII-XIII əsrlərə aid Azərbaycanın latın qrafikalı yazılmış çoxlu kitabları var:

"Ermənilər XI əsrə aid sənəd tapıblar. Orada Armeniya adı gedir. Əslində isə Ərməniyyə dövlətidir. Bunlar göstərir ki, hətta Babək dövründə ərəblər bura gələndə, Ermənistan var idi. Biz onlara sübut edirik ki, bu yanlışdır. Onlar hər xırda erməni sözü tapanda onu böyüdürlər. Ermənistan ictimaiyyəti, alimləri millətinin tarixini bir kitabda yazıb, bir kitabda da dünyaya tanıdırlar. Bizdə isə 17 tarix kitabı var. Bu nə deməkdir? Gündə bir kitab çıxarırlar. Bu kitablara nəzarət olunmalıdır. Kitabın birində Babək ərəb düşməni, o birində ərəb dostu, digərində Babək müsəlman və ya xürrəmi çıxır. Bunu kim yazır? Kim ortaya qoyur? Bu kitablardakı fikirlər uşaqların beyninə yeridilir. Oğlum orta məktəbdə oxuyanda deyirdi ki, bir kitabda başqa, digərində fərqli şey yazılıb. Ayrı-ayrı nəşriyyatlar hərəsi bir kitab buraxıb. Siz tarixdə olmayan şeyləri uşaqların beyninə niyə yeridirsiniz? Ermənilər təzə xəritələrində uşaqlarına Bakını Ermənistanın şəhəri kimi göstərəcək. Artıq onların proyektləri də hazırdır. Təklif olunan müzakirə xəritələrində Bakı, Qafqazın şimal hissəsi, Dağıstan, Dərbənd, Quba, Qusar tərəf və eyni zamanda cənub bölgəmiz hamısı Ermənistan torpağı kimi göstəriləcək".

Prezident çıxışında dedi ki, Azərbaycan üçün yeni ideoloji xətt lazımdır. Ən böyük hədəfimiz Qarabağı azad etmək idi. Ali Baş Komandanımızın rəhbərliyi altında Qarabağımız azad edildi, sərhədlərimiz bərpa olundu. Artıq bizim ideoloji xəttimiz olmalıdır ki, itirilmiş torpaqlarımızla bağlı həqiqətləri gənclərə doğru şəkildə öyrədək. Onlar bilsinlər ki, Azərbaycanın cənubu, şimalı hər tərəfində torpağı var. Güney Azərbaycan, Dərbənd, Gürcüstanın bir hissəsi, İrəvan, Zəngəzur bizdən sovet dövründə alındı. Bu, 100 ilin tarixidir. Hamısı sənədlərlə sübut olunub. 1896, 1986-cı il Rusiya arxivlərindən çıxarmışıq. Rəsmi möhürlü I Nikolay, II Nikolay, II Aleksandrın imzası ilə Azərbaycan sərhədləri, konkret ərazilər göstərilib. Konkret Amma nə olsun, bizim dərsliklərdə bunlar yoxdur".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər