Ermənistan rəhbərliyi Qarabağdakı keçmiş separatçı rejimin ləğvi gününü ölkənin müstəqillik günü hesab edir.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyantsın şərhində bildirilib.
“Parlamentdəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyası rəhbərinin müavini Gevorq Papoyan deyir ki, Ermənistanın müstəqillik günü 21 sentyabr yox, 19 sentyabrdır, çünki biz o tarixdə müharibəyə qarışmaqdan yayına bilmişik. Xatırladıram ki, “19 sentyabr” deyəndə, Qarabağ ermənilərinin oradan çıxmalarını nəzərdə tutur”, - politoloq vurğulayıb.
Qeyd edək ki, Azərbaycan ordusu ötən il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda antiterror tədbirləri keçirib. Bundan sonra separatçı rejim özünü buraxaraq, yaraqlıları tərksilah edilib.