27 Fevral 17:39
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Ermənistanın Qərbə inteqrasiyasını dəstəkləyir, İrəvanla müdafiə sahəsində əməkdaşlıq edir.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın baş naziri Kiryakos Mitsotakis deyib.

Yunan nazir qeyd edib ki, ölkəsi Ermənistanla ikitərəfli investisiyaları inkişaf etdirmək, ticarəti genişləndirmək, erməniləri müəssisələrdə işləməyə dəvət etmək niyyətindədir

"Qarşılıqlı əlaqə getdikcə güclənir. Bu kontekstdə Yunanıstan investisiya və xarici ticarət şirkəti arasında artıq əməkdaşlıq memorandumu imzalanıb. Biz həmçinin müdafiə sektorunda əməkdaşlıq edirik, 2023-cü ilin dekabrında xüsusi saziş bağlamışıq və baş nazirlə ticarət əlaqələrimizi necə gücləndirə biləcəyimizi müzakirə etdik", - Mitsotakis bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər