19 Mart 11:44
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin (AB) Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilmiş müşahidəçilərinə xüsusi status verilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, məsələ dünən Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının qapalı toplantısında qaldırılıb:

“Əldə etdiyimiz məlumata görə, ratifikasiya üçün parlamentə təqdim edilən AB müşahidəçiləri ilə bağlı saziş xüsusilə müzakirə olunub. Deputat Hayk Koncoryan komanda yoldaşlarına çatdırıb ki, razılaşmaya ciddi yanaşırlar, adekvat cavab verilməlidir.

Yeri gəlmişkən, həmin razılaşmaya əsasən, AB müşahidəçilərinə məhdudiyyətsiz hüquqlar və geniş toxunulmazlıq veriləcək. Müşahidəçilərin həbsi və ya saxlanmasının qadağan edildiyi də qeyd olunacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu