27 Mart 16:35
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan öz ərazisinin heç bir hissəsini alverə məruz qoymur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı sualı cavablandırarkən deyib.

“Ermənistanın elə bir kəndi yoxdur ki, kiməsə təhvil verilsin. Ermənistan Respublikası Sovet Ermənistanının yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün illərin xəritələri ilə öz ərazisini metr-metr göstərə bilər.

Sentyabrın 21-də hamımız küçələrə çıxıb Ermənistan Respublikasının “Müstəqillik Günü”nü qeyd edəndə biz konkret nəyisə qeyd edirik, ya yox? Əlbəttə ki, konkret bir şeyi qeyd edirik. Ermənistan həmin konkret sərhədin yerini bilir, orada yaşayan Tavuş sakinləri də bunu bilirlər. Ermənistanın bütün hakimiyyət orqanları da çox yaxşı bilirdilər, hamımız Gürcüstana gedəndə həmişə o hissəni (4 kəndi – red.) görürük. Yeni bir şeydən danışmırıq. Ermənistan öz ərazisinin heç bir hissəsini alverə məruz qoymur”, - spiker bildirib.

Simonyan bununla sözügedən 4 kəndin – Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı və Aşağı Əskiparanın Ermənistan ərazisi olmadığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu