4 Aprel 12:39
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanı ona görə dəstəkləyirik ki, başqa hərbi epizod gözləmədən özünü müdafiə edə bilsin.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekotini deyib.

Erməni jurnalist fransalı diplomata belə bir təxribatçı sual ünvanlayıb:

“İran rəsmiləri Ermənistanın ərazi bütövlüyünün onlar üçün “qırmızı xətt” olduğunu və hərbi müdaxilə olacağı təqdirdə buna cavab verməyə hazır olduqlarını bəyan ediblər. Əgər Azərbaycan belə bir şeyə əl atsa, Qərb, xüsusən də Fransa nə edəcək?”.

Dekotini təxribatçı suala eyni səpkidə cavab verib, amma dolayı yolla Fransanın mümkün savaşa müdaxilə etməyəcəyinə də söyləyib:

“Mən Fransanı təmsil edirəm, o, öz imkanları daxilində Ermənistana öz xalqını, ərazi bütövlüyünü və suverenliyini qorumaq imkanı verə bilər. Yəni Ermənistana kömək üçün başqa hərbi epizod (müdaxilə kimi – red.) gözləməyin. Məhz bu səbəbdən Ermənistanla müdafiə sahəsində əməkdaşlığa başlamışıq. NATO-ya üzv olan ilk ölkəyik ki, KTMT üzvü olan Ermənistana texnika tədarük etməklə tabudan çıxıb.

Əməkdaşlıq həm erməni hərbçilər və mütəxəssislər üçün təlimlərin təşkilinə də aiddir. Müdafiə sahəsində Ermənistanı dəstəkləyirik ki, özünü müdafiə edə bilsin”.

Fransalı səfir İranın açıqlaması ilə bağlı qısaca bildirib ki, o, “Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı öz narahatlığını” dəfələrlə ifadə edən ölkədir.

Olivye Dekotini ötən günlərdə İranla Fransa arasında bir çox məsələlərdə fikir ayrılıqları olsa da, Ermənistanla bağlı eyni mövqedə olduqlarını açıqlamışdı. Səfir bunu iranlı həmkarı Mehdi Sübhani ilə İrəvandakı görüşündən sonra söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu