4 Aprel 22:57
3 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 5-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında keçiriləcək görüşdə sensasiya olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Artur Atayev deyib.

“Ermənistan və Qərbin fərqli məqsəd və maraqları var. İrəvan təhlükəsizlik zəmanəti almaq istəyir və özünü Azərbaycan-Türkiyə tandemindən qorumağa çalışır. Qərb bu kombinasiyaya qarışmaq istəmir, amma Rusiyanı regiondan sıxışdırıb çıxarmaqda çox maraqlıdır. Düşünürəm ki, Brüsseldə tərəflər hansısa balans və qarşılıqlı məqbul mövqelər axtaracaqlar. Bu görüşdən irəliləyiş gözləmirəm, bu, aralıq mərhələ olacaq, nəticələrə əsasən, tərəflər yalnız deklarativ bəyanatlarla kifayətlənəcəklər”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər