Ermənistan xarici siyasətdə dönüş yaratmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Vadim Muxanov deyib.
“İrəvan Rusiyadan asılılığını azaltmaq istəyir, ilk növbədə, söhbət hərbi-siyasi və hərbi-texniki aspektlərdən gedir. Müvafiq olaraq, İrəvanın digər böyük oyunçulardan təhlükəsizlik zəmanətinə ehtiyacı var. Bu baxımdan NATO-nun rəhbərlik etdiyi və Türkiyə rəhbərliyi ilə birbaşa əlaqəsi olan ABŞ ilə əməkdaşlıq xüsusilə vacibdir”, - ekspert vurğulayıb.
Muxanov hesab edir ki, aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Avropa Birliyi-Ermənistan danışıqlardan irəliləyiş gözləməyin mənası yoxdur:
“Söhbət (bu formatda) təmasların başlanğıcından gedir, İrəvan əsasları araşdırır və özünü təklif edir.
Düşünürəm ki, görüşdən sonra Vaşinqton ən azı şifahi olaraq Bakı və Ankaradan Ermənistana qarşı “təhdidlər”ə cavab verəcəyini vəd etsə belə, indiki mərhələdə Ermənistan rəhbərliyi qane olacaq. Əgər bu baş verərsə, Paşinyanın komandası yəqin ki, daha fəal şəkildə meydanı təmizləməyə başlayacaq, yəni rus sərhədçilərini qovacaq, Rusiya ilə bəzi ikitərəfli razılaşmaları pozacaq və birtəhər Moskva ilə məsafə saxlamağa çalışacaq”.