8 Aprel 14:34
7 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər dövlət sərhədinin kiçik bir hissəsini belə müəyyən edə bilsək, bundan sonra sərhəd xətti qurulanda onu qorumaq çox asan olacaq. Çünki bu zaman sərhəd xəttinin pozulmamasına cavabdeh olan sərhəd qoşunları orada dayanacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Köçəryan deyib.

Komitə sədri delimitasiya prosesinin niyə Tavuş istiqamətindən başlaması sualına cavab verib ki, aidiyyəti qurumlar bunu məqsədəuyğun hesab edib:

“İş start götürüb. Faktiki olaraq dövlət sərhədinin hüquqi formalaşdırılması prosesinə başlayırıq”.

Bu istiqamətdə yerləşən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı suala Köçəryan bunların “Ermənistan ərazisi” adlandırılmasına qarşı çıxıb. Onun sözlərinə görə, bu kəndlər Ermənistana məxsus deyil.

Köçəryan sərhədi bu şəkildə formalaşmasının insanlar üçün təhlükə törətmədiyini vurğulayıb:

“Sovet illərində sağ-salamat yaşamırdılar? Deyək ki, sərhədin lap yaxınlığıdır. İndiki raketlər uzaqmənzillidir, istənilən hədəflərə çatırlar. Sülh içində yaşamaq üçün təhlükəni dərk etmək lazımdır. Haşiyə çəkməyin təsəvvür etdiyiniz təhlükəsiz mühitin yaradılmasına gətirib çıxaracağını düşünürsünüzsə, bunun üçün uzun illər lazım olacaq. Sərhəd kəndləri bundan sonra da yaşaya bilməlidir. Əvvəllər bu kəndlər (Azərbaycan və Ermənistan kəndləri) bir-birləri ilə ticarət edib, yaşayıblar. Atəş açılmağa başlayanda bu, döyüş əməliyyatlarının dərinləşməsinə səbəb oldu. Sovet illərində vahid təhlükəsizlik damı altında idilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər