Ermənistan Baş naziri Nikol Paşinyan komanda üzvləri ilə görüşündə bildirib ki, Azərbaycanın tələb etdiyi 4 kəndi qaytarmaqdan başqa şansları yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Hələ bir neçə həftə əvvəldən hakim “Vətəndaş Müqaviləsi” Partiyasında 4 kəndin təhvil verilməsi mövzusunda qızğın müzakirə gedir. Paşinyan qapalı iclasda deyib ki, geri çəkilmək üçün yolları yoxdur, əks halda, Azərbaycan müharibəyə başlayacaq.
Bəziləri mübahisə ediblər ki, nə vaxtsa Azərbaycana “yox” deməliyik, bu baxımdan Tavuş ən düzgün yerdir, kəndlər təhvil verilsə, bütün bölgə Azərbaycanın nəzarətinə keçəcək. Bununla belə, Paşinyan inadında qalaraq bildirib ki, Almatı bəyannaməsi var, həmin tələb beynəlxalq ictimaiyyət tərəfindən tanınan bu sənəd əsasında irəli sürülüb”, - nəşr vurğulayır.