7 İyul 00:39
2 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyədə evlənən cütlük toy mərasimlərində fasilə elan edib.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə toydan foto paylaşılıb.

Belə ki, cütlük toylarında milli matçı canlı izləmək üçün toya fasilə verib.

Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçı keçirilir. Oyunun 35-ci dəqiqəsində Samet Akaydın fərqlənərək, Türkiyəni önə keçirib.


Müəllif: Arzu

Oxşar xəbərlər