10 İyul 20:08
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Meta" şirkəti "Facebook" və "Instagram"da “sionizm” sözünün istifadəsini qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Çərşənbə axşamından etibarən "Meta" İsrailə qarşı işlədilən “sionizm” sözünü "Facebook", "Instagram" və "Threads" kimi platformalarından siləcək.

Şirkət həmçinin sionistlərin “dünyanı idarə etmək və ya mediaya nəzarət etmək iddiaları” ilə bağlı məzmunu da qadağan edəcək.

"Meta" bildirib ki, qərara gəlmək üçün dünyanın müxtəlif ölkələrindən 145-dən çox tarixçi, insan haqları qrupları, hüquq müdafiəçiləri ilə görüş keçirilib.

Tənqidçilər və bəzi qruplar isə şirkəti öz platformalarında fələstinliləri dəstəkləyən məzmuna senzura tətbiq etməkdə günahlandırdılar.


Müəllif: Arzu

Oxşar xəbərlər