29 İyul 23:41
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İllərdir ki, bu günü gözləyirdik"

Teleqraf.com xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərovun bacısı Şəhla Heydərova deyib.

O bildirib ki, qardaşının dördilliyin ən möhtəşəm yarışında himnimizi səsləndirməsini çoxdandır gözləyiblər: "Çox şükürlər olsun ki, bu günü yaşadıq. Artıq Olimpiya çempionunun bacısıyam. Hidayət bir ildə həm Avropa, həm dünya, həm Olimpiya çempionu oldu. Sözlə ifadə edə bilməyəcəyim hisslər yaşayırıq. İnşallah ki, dörd ildən sonra növbəti Olimpiadada da qalib gələr. Əminəm ki, onun artıq növbəti hədəfi budur".

Cüdoçunun bacısı Hidayətin çəkdiyi əziyyətin bəhrəsini verdiyini də vurğulayıb: "Onun çəkdiyi əziyyətləri görmüşük. Çox şükür ki, əziyyəti yerdə qalmadı. Həmişə deyirdi ki, mən tarix yazacam. Elə də oldu. Bu il Hidayətin ili idi".

Qeyd edək ki, Hidayət finalda fransalı Joan Benjamen Qabanı qızıl xalla məğlub edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər