22 Avqust 13:53
1 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistanın noyabrda Bakıda keçiriləcək COP29-da iştirakını gözləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Azərbaycan Ermənistanın Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə COP 29 konfransında iştirakından yenidən danışıb. Azərbaycanın energetika nazirinin müavini, COP29-un icraçı direktoru Elnur Sultanov bildirib ki, 50-dən çox dövlət başçısı tədbirdə iştirakını təsdiqləyib, Azərbaycan bu sayın artacağını, Ermənistanın da iştirak edəcəyini gözləyir. Rəsmi dəvətin bir müddət öncə Ermənistan Xarici İşlər Nazirliyinə gəldiyi bəllidir.

Hələlik Ermənistan hökuməti ehtiyatla susur, Bakının dəvətinə cavab vermir. Bundan əvvəl hökumətdən “Hraparak”a Nikol Paşinyanın məzuniyyətdən sonra çağırılacaq mətbuat konfransında bu məsələyə toxunacağı bildirilsə də, bunun dəqiq nə vaxt olacağı ilə bağlı heç bir xəbər yoxdur”, - məlumatda deyilir.

Nəşr qeyd edir ki, Paşinyan hökumətinin hansı səbəbdən məsələ ilə bağlı qərarını açıqlamadığı bəlli deyil.

“COP29-dan öncə Qərb Azərbaycanla sülh müqaviləsini imzalaması üçün təzyiqləri artırıb. Avropa Komissiyasının sözçüsü Peter Stano İrəvana bildirib ki, dayanıqlı və davamlı sülhə gedən yolda qətiyyətli addımlar atmağın vaxtıdır. Onun sözlərinə görə, Azərbaycan da Ermənistanla sülh sazişini imzalamaq üçün COP29-un imkanından istifadə etməlidir”, - qəzet vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər