2 Sentyabr 17:10
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 5-də hökumətin növbəti iclasının gündəliyinə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamənin ratifikasiyası haqqında Ermənistan Respublikasının qanun layihəsi daxil edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

İclasa Baş nazir Nikol Paşinyanın sədrlik edəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası komissiyalarının bu il aprelin 19-da keçirilmiş 8-ci iclasının protokoluna uyğun olaraq, komissiyalar birgə fəaliyyətə dair əsasnamənin razılaşdırılması işini başa çatdırıblar.

Avqustun 30-da Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada imzalanıb. Bundan sonra Azərbaycan və Ermənistan daxili prosedurların həyata keçirilməsinə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər