27 Sentyabr 20:00
1 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlarda Ermənistan tərəfindən tez-tez Naxçıvan istiqamətində atəşkəsin pozulması təsadüfi deyil.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bu məqamda bir sıra önəmli gəlişmələrin yaşandığını bildirib:

“Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı imzalanmış əsasnamənin ölkənin əsas qanununa uyğunluğunu təsdiqləyib. Eyni vaxtda Azərbaycan və Ermənistan xarici işlər nazirləri dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə ABŞ-da bir araya gəldilər. Naxçıvan istiqamətində sərhəddə atəşkəs məhz bu məqamda pozuldu. Görünən budur ki, Ermənistan Konustitusiya Məhkəməsinin məlum qərarı və xarici işlər nazirlərinin görüşü fonunda atəşkəsin pozulması təsadüfi deyil.

Ermənistan ordusunda siyasi anlaşmaları sabotaj edən qüvvələr var. Baş nazir Nikol Paşinyan da bunu təsdiqləyib. Paşinyan orduda “5-ci kolon”un mövcudluğunu etiraf eləsə də, daxildə təmizləmə işi apara bilmir. Çünki söhbət Rusiyaya bağlı, dərinə kök atmış şəbəkədən gedir.

Hesab edirəm ki, Paşinyan ordunu provakativ qüvvələrdən təmizləməyənə qədər təxribatlar həmişə olacaq. Hətta Bakı və İrəvan sülh müqaviləsinin imzalanmasına bir qədər də yaxınlaşarkən, mümkün təxribatların miqyası daha geniş ola bilər. Əlbəttə, Azərbaycan buna seyirçi qalmayacaq, adekvat cavabları veriləcək. Bu şəbəkə isə Paşinyana o mesajı verir ki, sülhü əngəllyə bilər. Ermənistan ordusundakı bu qüvvələr Robert Köçaryan, Serj Sərkisyan və erməni kilsəsi tərəfindən idarə olunur, onların arxasında da Rusiya durur.

Paşinyan dayanıqlı sülh istəyirsə, işə buradan başlamalı, Konstitusiya dəyişikliyinədək getməlidir. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bu, sülhə gedən yolda yeganə maneədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər