27 Sentyabr 19:03
4 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq “İstanbulu qan dənizinə çevirməliyik” mahnısını oxumağın yox, sülhün vaxtıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Andranik Köçəryan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Baş nazir Nikol Paşinyan arasında keçirilən görüşü şərh edərkən deyib.

Deputat jurnalistlərin Türkiyənin sülh prosesində hansı rolu oynaya biləcəyi ilə bağlı suala belə cavab verib:

“Yoxsa yenidən “İstanbulu qan dənizinə çevirməliyik” mahnısını oxumalıy;q? Bunu unudun, sülhə getməliyik. Bütün regional fövqəldövlətlər sülhün əldə edilməsinə yönəlməlidir, Türkiyənin də görə biləcəyi işlər var”.

Siyasətçi Türkiyə rəhbərliyinin keçmiş illərdə bu ölkədə həbs edilən ermənilərlə bağlı məsələdə onlara yardımını da xatırladıb.

Köçəryan Türkiyənin bölgəyə yad olmadığını, region dövləti və Ermənistanla Azərbaycan arasındakı duruma hakim olduğunu söyləyib.

Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan Konstitusiyasının dəyişdirilməsinin mümkünlüyünə toxunan deputat qeyd edib ki, buna xalq qərar verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər