12 Oktyabr 11:29
5 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ən qısa müddətdə regionda nəqliyyat kommunikasiyalarını (və ya dəhlizlərini) açmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan Respublikasının sərhədlərinin 70 və ya daha çox faizi hərəkətsizdir. Sərhədlərimiz yük axınının təmin edilməsinə xidmət etmir”, - baş nazir bildirib.

Paşinyan vurğulayıb ki, İrəvanın məqsədi sərhədlər və kommunikasiya xətlərinin açılması ilə Ermənistana iqtisadi axını təmin etməkdir.

Onun sözlərinə görə, əsas ideyaları ondan ibarətdir ki, Ermənistan malların daşınması və xidmətlərin göstərilməsi yolunda öz xidmətlərini təklif eləsin.

“Ermənistan sabahdan kommunikasiyaların bloklarını açmağa hazırdır”, - Paşinyan söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər