Türkiyə Milliyətçi Hərəkat Partiyası (MHP) başqanının baş müşaviri, Əhməd Cavad İnstitunun direktoru Ruhi Ərsoy Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun vəfatı ilə bağlı başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə baş müşavir X hesabında paylaşım edib.
"Ağakərim İbrahimova Allahdan rəhmət diləyir, ailəsinə, qardaş Azərbaycan türklərinə və Türk Dünyasına başsağlığı, səbr diləyirik", - R.Ərsoy yazıb.
Qeyd edək ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.