6 Mart 2015 12:16
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin rəhbəri Ceyhun Ələkbərov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana doğum günündə Qarabağ xalçası hədiyyə edib.

Teleqraf.com-un məlumatına görə, hədiyyəni prezidentə təqdim edən Ceyhun Ələkbərov onu ad günü münasibətilə təbrik edib. Birlik sədri Azərbaycanla Türkiyənin iki dövlət bir millət olduğunu diqqətə çatdırıb. Həmçinin Türkiyənin güclənməsi və türk dünyasının birliyi istiqamətində atılan addımların sevindirici olduğunu deyib. Bu istiqamətdə atdığı addımlara görə Ərdoğana təşəkkürünü bildirib.


Hədiyyəyə görə minnətdarlığını ifadə edən Ərdoğan Azərbaycanı şox sevdiyini diqqətə çatdırıb və Qarabağda xalçaçılığın tarixi ilə maraqlanıb.

Xalça barədə prezidentə məlumat verən C.Ələkbərov bildirib ki, Qarabağda xalçaçılığın qədim tarixi var. O əlavə edib ki, Azərbaycan xalçaçılıq tarixinin 2500 yaşı var. Onun sözlərinə görə, ilk Qarabağ xalçası Rusiyada Ermitajda saxlanılır. Həmçinin xalçanın üzərindəki naxışların türkçülüyü əks etdirdiyini deyib.

Prezident “Azərbaycanı çox sevirik. Özümdən özümə salamlarımı çatdırın”,-deyə əlavə edib.

Görüşdə Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli və Diaspor Jurnalistləri Birliyinin İdarə Heyətinin üzvü Elnur Eltürk də iştirak edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər