Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.
Report xəbər verir ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin (PB) baş əməliyyat müvəkkili polis mayoru Vüqar Ağayev Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) İstintaq Bölməsinin (İB) rəisi təyin olunub.
Qeyd edək ki, V.Ağayev 31-ci PB-də işləyənə qədər Sabunçu RPİ-nin İstintaq Şöbəsinin (İŞ) baş müstəntiqi olub. DİN-də peşəkar zabitlərdən hesab olunan V.Ağayev dəfələrlə xidmətdə fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülüb.
Xatırladaq ki, Sabunçu RPİ-nin rəis müavini Əbülfət Rzayev vəzifəsindən azad edilərək Şəki ŞRPŞ-yə rəis təyin edilib.