Bakı metrosunun “Azadlıq” stansiyasında orta yaşlı kişi huşunu itirib.
Trend-in məlumatına görə, metropoliten işçiləri və ətrafdakılar huşunu itirən şəxsə yardım göstəriblər.
Hadisə yerinə təcili tibbi yardım çağrılıb, huşunu itirən şəxs ayıldılıb.