25 Mart 2015 14:40
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisinin Mingəçevir 47 saylı seçki dairəsinin deputatı Aydın Mirzəzadə səhər saatlarında Mirgəçevir şəhərində baş verən ağır yol qəzası barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, millət vəkili deyib ki, Mingəçevirlə şəhər polis şöbəsinin rəisi və baş həkimin müavini ilə əlaqə saxlayıb: “Mingəçevirdən çox təəssüf ki, ağır xəbərlər alıram. 3 nəfər dünyasını dəyişib, 12 nəfər yaralanıb. 10 yaralı xəstəxanadadır, onlardan dördü əməliyyat edilib, dördü reanimasiyada, ikisi də palatadadır. 7 nəfər isə yüngül xəsarət alanlar lazımi tibbi yardım alaraq evə buraxılıb. Bütün tibb personalı ayaq üstədir, şəhərdə və yaxın rayonlarda yaşayan Mingəçevir həkimləri hadisə olandan xəstəxanalardadırlar. Avtobusda 25 nəfərə qədər sərnişin olub, cavan oğlan olan sürücüyə xasarət dəyməyib. Avtobusun qarşısındakı QAZ-31 markalı avtomobil birdən dayanıb, avtobus toqquşmadan qaçmaq üçün o biri yola çıxıb, sürəti yığışdıra bilməyib və aşıb. Şəhər icra hakimiyəti başçısının birinci müavini, polis şöbəsinin rəisi və baş həkimin müavini ilə daima əlaqədəyəm. Əməliyyat olunanların və yaralıların vəziyyəti qənaətbəxşdir, fatal vəziyyətin sovuşduğunu bilidirirlər. Yaralılar dövlət hesabına müvafiq malicə və dərmanla təmin edilirlər. Xəstəxana kompleksi əsaslı təmirdən və ən müasir tibbi avadanlıqla təchizatdan sonra bu ilin 24 fevral tarixində Prezident cənab İlham Əliyev tərəfindən açılıb. Hadisə baş verən yol açılıb, yol təmizlənib. Sürücü hal-hazırda dindirilir”.

Onun sözlərinə görə, ölən şəxslərdən ikisi Mingəçevirdə yaşayan qaçqındır: “Yaralılardan ikisi qaçqın, biri hərbiçidir. Bu situasiyada şəhər icra hakmiyyətinin, şəhər polis şöbəsinin və şəhər xəstəxasının operativ və səmərəli fəaliyyəti xüsusi qeyd edilməlidir, məsələ ilə bağlı iş davam etdirilir. Şəhərlə daima telefon əlaqəsindəyəm”.

Qeyd edək ki, şəhərarası 8 saylı xətt üzrə sərnişin avtobusu ilə “VAZ-2109” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Dünyasını dəyişən şəxslərdən biri jurnalist Aynur Elgünəşin atasıdır.

Nərgiz


Müəllif: